Peyğəmbər (s) və imam Əlinin (ə) yaxın səhabəsi Salman Farsi haqqında serial çəkilir
İslam Peyğəmbəri (s) və imam Əlinin (ə) yaxın əshabəsi Salman Farsinin həyatı haqqında serial çəkilir.
Maide.Az “jamnews”-a istinadən xəbər verir ki, hazırda seriyalın çəkilişi üçün hazırlıq işləri gedir. Belə ki, serialın ssenarisi yazılıb. Serialın çəkiliş aparılacağı bölgələr müəyyən olunub və yaxın 2-3 ay ərzində serialın çəkilişlərinə start veriləcəyi bildirilir. Serial İran İslam Respublikasının Dövlət Televiziyasının sifarişi ilə tanınmış kinorejissor, “Muxtarnamə” serialının rejissoru olmuş Davud Mirbaqiri tərəfindən çəkiləcək. Serialda Salman Farsinin həyatından – uşaqlıq illəri, gənclik illəri, İslam dinini qəbul etdiyi və Peyğəmbərlə (s) bir olduğu dövr, ölümündən - bəhs edilir. 40 seriadan ibarət olacaq filmin hər bölümü 50-55 dəqiqə olacaq. Çəkilişlərin İsfahan əyalətində aparılacağı bildirilir. Oxşar xəbərlər
|