Gürcüstan XİN: "Gürcüstan Dağlıq Qarabağın müstəqilliyini tanımır"
Mьəllif: admin1
Tarix: 28-11-2017, 11:53
Bцlmə: Xəbərlər
Gürcüstan XİN: "Gürcüstan Dağlıq Qarabağın müstəqilliyini tanımır"
Tbilisidə Qarabağdan olan rəssamların sərgisi şəxsi təşəbbüs qaydasında açılıb və sərginin təşkilində dövlət strukturları iştirak etməyib.

"Report"un Gürcüstan bürosu "Novosti-Qruzii" portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Məlumatda bildirilir ki, Azərbaycanın Gürcüstandakı Səfirliyi bu ölkədəki müvafiq dövlət strukturlarına müraciət edərək, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən olan 7 rəssamın əl işlərindən ibarət "Dirçəliş" adlı sərginin açılışından narahatlıq ifadə edib.

Sərgi Gürcüstandakı erməni apostol kilsəsinin nəzdindəki "Ayartun" mərkəzində, Ermənistanın Diaspor Nazirliyinin və "Tekeyan" mərkəzinin dəstəyi və "Şuşa şəhəri Muzeyi"nin təşkilatçılığı ilə açılıb.

Gürcütan XİN-nin məlumatında daha sonra deyilir: "Gürcüstan Dağlıq Qarabağı müstəqilliyini tanımır və münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Bizim məlumatımıza görə, sərgidə Azərbaycanın ərazi bütövlüyünə xələl gətirəcək heç bir əlamət və işarə olmayıb".

"Konkret olaraq sərginin təşkilinə gəldikdə isə, bu sərgi şəxsi təşəbbüs əsasında açılıb və bu təşəbbüsə heç bir dövlət strukturu qoşulmayıb", - deyə XİN-in məlumatında vurğulanır.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031