Ali dini rəhbər mübarək mövludlar münasibətilə məhbuslara amnistiya verdi
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei əziz peyğəmbərimiz həzrət Muhəmmədin (s) və imam Cəfər Sadiqin (ə) mübarək mövludları münasibətilə bəzi məhbuslarınınazadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi ilə bağlı qərar verib.
Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amoli Laricani ali dini rəhbərə bəzi məhbuslarının amnistiya verilməsi ilə bağlı məktub yazmışdı. O, məktubunda əfv komissiyasında lazımlı araşdırmalardan sonra amnistiyaya uyğun sayılan məhbuslardan bəzilərinin azad edilməsi, cəzalarının yüngülləşdirilməsi, güzəşt edilməsi və ya həbs cəzalarının pul cəriməsi ilə əvəzlənməsini təklif etmişdi. Oxşar xəbərlər
|