Tramp Qüdsü sionist İsrail rejiminin paytaxtı kimi tanıdı
ABŞ-ın prezidenti Donald Tramp İsrail rejiminin paytaxtı olaraq, Qüdsü qəbul etmə mövzusundakı qərarını açıqlayır.
Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, Tramp canlı yayım vasitəsilə verdiyi açıqlamasında belə damışıb: “Mən, Qüdsü İsrail rejiminin paytaxtı kimi qəbul etməyin vaxtının gəldiyi barədə qərarlıyam. Əvvəlki prezidentlər bunu seçki vədi olaraq söyləsələr də, ancaq reallaşdırmayıblar. Mən bu vədi yerinə yetirirəm. Bu lap əvvəldən verilməli olan bir qərardır. Bu, reallığın qəbul olunmasından başqa bir şey deyil. Bu lap əvvəldən edilməli idi. Dövlət Departamentinə ABŞ Səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək məsələsində hazırlıq görməsi təlimatını verirəm. Bu qərar yekun sülhə olan bağlılığımızın pozulması sayılmır. Regionun liderlərindən yekun sülhün arxasınca getmələrini istəyirəm”. Oxşar xəbərlər
|