Ayətullah Sistani Trampın Qüdslə bağlı qərarına sərt reaksiya verdi
ABŞ-ın Qüdsü İsrail rejiminin paytaxtı kimi tanıması ilə bağlı qərarına İraqın böyük mərcəyi təqlid alimi Ayətullah Sistani sərt reaksiya verib.
Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, Ayətullah Seyid Əli Sistaninin Nəcəf bürosundakı nümayəndələrdən biri tərəfindən verilə bəyanatda belə qeyd olunub: “Qınanılmış olan bu iyrənc qərar, milyonlarla ərəb və müsəlman kütlələrini narahat etmiş olmaqla yanaşı, bir həqiqəti də heç vaxt dəyişməyəcək. O da budur - Qüds işğal altındadır və nə qədər vaxt keçsə də, fələstinli sahiblərinə qaytarılmalıdır. Ümmət bu məsələdə bütün səylərini ortaya qoymalı və bu yolda bir olmalıdır. Uğurun sahibi Allahdır”. Oxşar xəbərlər
|