Ənsarullah: “Yəmən xalqı Fələstin xalqının yanındadır”
Mьəllif: admin1
Tarix: 8-12-2017, 21:35
Bцlmə: Xəbərlər
Ənsarullah: “Yəmən xalqı Fələstin xalqının yanındadır”
Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin Əl-Husi Amerikanın Fələstinin işğalı məsələsində sionist rejimlə şərik olduğunu deyib.

Deyerler.org Əl-Məsirə-yə istinadən xəbər verir ki, Seyid Əbdülməlik bunun ABŞ prezidenti Trampın Qüdsü İsrail rejiminin paytaxtı kimi tanıması ilə daha da aydın olduğunu bildirib

Ənsarullahın lideri Yəmən xalqını Fələstin xalqına dəstək verməsi üçün cümə namazından sonra mitinq keçirməyə dəvət edib.

Seyid Əbdülməlik Yəmənin Fələstin və Qüds məsələsində tamamilə fələstinlilərin yanında olduğunu, İslam ümməti və müsəlmanların bir olaraq, Fələstin məsələsinə sahib çıxmalı olduğunu vurğulayıb: “Amerikanın belə bir qərar qəbul etməsi təəccüblü deyil. Belə ki, ABŞ rəhbərləri İslam və müsəlmanlarla düşməndir. Trampın ABŞ səfirliyinin Qüdsə köçürülməsi və Qüdsün İsrail rejiminin paytaxtı olması üçün atmış olduğu imza, bəzi ərəb ölkələrinin verdiyi razılıq nəticəsində həyata keçirilmişdir.

ABŞ beynəlxalq insan haqlarına hörmət etmir. Amerikanın Qüds məsələsində atdığı son addım, Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirlikləri kimi, bəzi Ərəb ölkələrinin vermiş olduğu açıq dəstək sayəsində reallaşdı.

Səudiyyə rejimi ilə BƏƏ Amerika və sionist İsrail rejiminin İslam ümməti və müsəlmanlar üçün yazmış olduqları ssenarilərə şərikdirlər. Çünki bu ərəb ölkələri İslam ümməti və müsəlmanları İslam və müsəlmanların düşmənlərinin əsarəti altına düşmələri üçün gecə-gündüz çalışır”.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031