Məscidi murdarlamış islamofoba ağır cəza
İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın Florida ştatının məhkəməsi məscidi murdarlamış islamofobu 15 il müddətinə azadlıqdan məhrum edib.
Məhkum edilmiş 37 yaşlı Maykl Vulf eyni anda bir neçə maddə üzrə, o cümlədən də ədavət əsaslı vandalizmdə gühankar bilinib. Cinayət işinin materiallarına əsasən, o, Taytusvill şəhərindəki məscidə daxil olaraq, oranı talan edib və oraya donuz əti atıb. O, məhkəmədə öz günahını tamamilə etiraf edib. Cinayətkər 15 ilini həbsdə, ondan sonra isə 15 il şərti cəza çəkəcək. Oxşar xəbərlər
|