Seyid Həsən Nəsrullah: “İşğal olunmuş Fələstində yeni intifada başlanmalıdır”
Mьəllif: admin1
Tarix: 12-12-2017, 14:55
Bцlmə: Xəbərlər
Seyid Həsən Nəsrullah: “İşğal olunmuş Fələstində yeni intifada başlanmalıdır”
Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah dekabrın 10-nu axşam saatlarında ABŞ prezidenti Donald Trampın Qüds qərarına dair növbəti çıxışını edib.

Deyerler.org Mehr-ə istinadən xəbər verir ki, Fələstinə dəstək verən bütün ölkələri təqdir edən Nəsrullah belə danışıb: “Tramp qəbul etdiyi qərardan sonra bütün dünya xalqının ona tabe olacağını düşünürdü. Halbuki ABŞ və İsrail rejiminin tək olduğunu gördü”.

Hizbullahın lideri Qum və Nəcəf mərcəiyyətinin, əhli-sünnə alimləri, xristian alimlər və Fələstin xalqını müdafiə edən bütün təbəqələrin nümayiş etdirdiyi mövqeyin tərifə layiq kimi səciyyələndirib.

Nəsrullah çıxışında dünyadakı siyasət mütəxəssislərinə də müracət edib: “Fələstin üçün küçələrdə keçirilən aksiyalar kifayət etməyə bilər, lakin bəzilərinin Fələstin məsələsinin unudulmasına çalışdığı mövcud şəraitdə bu aksiyalar böyük əhəmiyyət daşıyır. İndi burada toplaşmış Livan xalqının mitinqi və digər İslam və ərəb ölkələrində reallaşan İsrail rejimi əleyhinə etirazlar olduqca əhəmiyyətlidir.

Bu aksiyaların qiymətini bilməliyik. Çünki Fələstinin unudulduğu hesab olunurdu. ABŞ-ın Qüds qərarına sosial şəbəkə vasitəsilə edilən reaksiyalar da Fələstin xalqına güc verir”.

Bəhreyndən bir nümayəndə heyətinin işğal altındakı torpaqlara təşkil etdiyi səfərə vurğu edən Seyid Həsən Nəsrullah, belə deyib: “Bu heyət Bəhreyn xalqını və ya bu ölkənin din alimlərini yox, təkcə Ali Xəlifə rejimini təmsil edir. Həmin nümayəndə heyətinin məqsədi Bəhreyn kralının dostluq mesajını uşaq qatili, işğalçı İsrail rejiminə çatdırmaqdır”.

Hizbullahın lideri çıxışının davamında sionist İsrail rejiminin Qüdsü yəhudiləşdirməyə çalışdığını vurğulayıb: “Əvvəllər də ərəb ölkələri və ordularının zəiflədilməsi üçün sionistlərin təxribatlar hazırladığını elan etmişdim. Bu gün də bir daha İŞİD kimi terror təşkilatlarına dəstək verən ABŞ-ın bizim cəmiyyətlərimizi hədəfə aldığını xatırlatmaq istəyirəm. Onlar Fələstinin tamamilə unudulmasına çalışır, amma indiyə qədər təxribatları boşa çıxmışdır.

Trampa verilməli olan ən böyük cavab işğal altındakı Fələstin torpaqlarında üçüncü intifadanın açılmasıdır. Bütün ərəb dünyası Fələstinə dəstək verməlidir”.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031