Bu məscid dünyanın ən yaxşı tikililəri siyahısına daxil edildi - FOTO
Britaniya Krallığı Memarlar İnstitutu (RIBA) memarlıq üzrə “RIBA-2018” beynəlxalq siyahını yayımlayıb.
Maide.Az “islam-today”-ə istinadən xəbər verir ki, siyahıda dünyanın 28 ölkəsindən 62-dən çox memarlıq nümunəsi yer alıb. Onların sırasında xüsusiilə qeyri-adi memarlığına görə İstanbul yaxınlığında yerləşən məscid qeyd olunub. Məscid inşa edən məşhur türk memarı Əmrə Arolat mükafata layiq görülüb. 7 metr dərinlikdə tikilmiş məsciddə eyni vaxtda 650 nəfər ibadət edə bilir. Qeyd edək ki, iki ildən bir keçirilən bu mükafatlandırmada dünyanın ən yaxşı memarlıq incilərini tikən memarlar mükafatlandırılır. Oxşar xəbərlər
|