Ayətullah Məkarim Şirazi: “İranın Yəmənə raket verməsilə bağlı ortaya atılan iddia gülüncdür”
İranın böyük mərceyi-təqlid alimlərindən Ayətullah Nasir Məkarim Şirazi İranın Yəmənə raket yardımı etməsi ilə bağlı ABŞ-ın səsləndirdiyi sonuncu ittihamını “çox gülünc” adlandırıb.
Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, dekabrın 19-u Qum İslami elmlər mərkəzindəki fiqh dərsində danışan Ayətullah Məkarim Şirazi belə deyib: “Amerika və bəzi avropalı müttəfiqlərinin Yəmən xalqına qarşı istifadə etməsi üçün Səudiyyə rejiminə hər cür kömək etdikləri bir şəraitdə, onlar BMT-də bir dəmir parçasını nümayiş etdirərək, İranın yəmənlilərə raket yardımı etməsi kimi gülməli bir iddianı ortaya atıblar”. Ayətullah Məkarim Şirazi İranın Yəmənə raket vermədiyini və Yəmən xalqının qətliamında məhz ABŞ-ın Səudiyyə rejimi və müttəfiqlərinə kömək etdiyini deyib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli keçən həftə bir raket qalığını göstərərək, bu raket gövdəsinin Yəmən tərəfindən Səudiyyə rejiminə atıldığını və bu raketin İran istehsalı olduğunu iddia etmişdi. Oxşar xəbərlər
|