Kim Çen In: Şimali Koreya ABŞ-a birbaşa nüvə təhlükəsi yaşatmağa qadır olan ölkədir
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In ölkəsinin Əmək Partiyasının üzvləri qarşısında çıxışı zamanı deyib.
"Nüvə silahlı qüvvələrimiz sürətli inkişafı ölkəmizin dünya siyasətinə və strateji vəziyyətə böyük təsir göstərməsinə imkan verir. Bizim respublika ABŞ-a birbaşa nüvə təhlükəsi yaşatmağa qadır olan ölkəyə çevrilib. Dünyada heç kəs bunu inkar edə bilməz", – deyə Şimali Koreya lideri deyib. Kim Çen In vurğulayıb ki, Şimali Koreya belə tərəqqiyə ölkəyə qarşı beynəlxalq sanksiyaların tətbiq olunmasına rəğmən nail ola bilib. Koreya yarımadasında vəziyyət noyabrın sonunda kəskinləşib. Rəsmi Pxenyan növbəti raket buraxılışını həyata keçirib. Şimali Koreya rəsmiləri ABŞ ərazisinə çata biləcək nüvə başlığlı raketlərə malik olduğunu açıqlayıblar. Oxşar xəbərlər
|