Ramazan - ruhlarda, qəlblərdə, yaşayış və iş yerlərində yenilik fürsəti
Mьəllif: admin1
Tarix: 8-07-2014, 12:40
Bцlmə: Xəbərlər
 Ramazan - ruhlarda, qəlblərdə, yaşayış və iş yerlərində yenilik fürsəti

Ayətullah Xameneinin Ramazan ayı çıxışlarından...
Biz belə düşünürük və bu, İslamın, bəlkə də bütün dünyanın aşkar məsələlərindəndir ki, insan yalnız Allah-Taala ilə əlaqə sayəsində kamilliyə doğru gedə bilər. Təbii ki, ramazan ayı müstəsna bir fürsətdir. Allah-Taalanın Quranda "Qədr gecəsi min aydan üstündür"[28] – deyə buyurması kiçik məsələ deyil. Min aydan yaxşı, fəzilətli və insanın inkişafına təsirli olan bir gecə ramazan ayındadır. Bu, kiçik məsələ deyil ki, əziz Peyğəmbər (s) bu ayı ilahi ziyafət ayı hesab etmişdir. Məgər insanın səxavətli bir şəxsin süfrəsində oturub oradan faydasız çıxması mümkündür?! Yalnız bu ziyafətə qoşulmayanlar ondan məhrum ola bilərlər. Bu ayda Allahın əfv, razılıq və ziyafət süfrəsində oturmayan şəxslər təbii ki, bəhrəsiz qalacaqlar və bu, sözün həqiqi mənasında məhrumluqdur: "Həqiqətən bədbəxt insan bu böyük ayda Allahın əfvindən məhrum olan şəxsdir".[29] Əsl məhrum ramazan ayında ilahi əfvi əldə edə bilməyən şəxsdir.
Uca bəndəlik məqamı

Dəfələrlə demişik ki, əsas məsələ insanın özünü ilahi bəndəliyə çatdıra bilməsidir. Bəndə və qul Allahın iradəsinə, hökmünə və ilahi şəriətə təslim olandır. Bütün ilahi əmrlərin, hökm, fərman və şəriətlərin əsas məğzi bu bir kəlmədir. Allah-Taala peyğəmbərlərini peyğəmbərlik məqamına seçməzdən öncə bəndəlik məqamına ucaltmışdır. Bir hədisdə deyilir ki, Allah Məhəmmədi (s) elçi seçməzdən öncə bəndə seçdi.[30] Allah-Taala əvvəlcə ona bəndəlik xalatı geyindirdi, sonra peyğəmbər rütbəsinə ucaltdı. Sanki bu hər bir yüksəlişə lazım olan hazırlıq və əsas şərtdir. Təkamülün hər bir miqdarında bəndəlik əsas şərtdir. Əlbəttə, bəndəliyin də mərhələləri var. Bəndəliyin aşağı və bizim kimilərin tamah sala biləcəyi mərhələsi budur.

Özümüzü itaətə hazırlayaq, hər şeyi Ondan bilək, Allahın nemətlərini həqiqətən ilahi nemətlər sayaq, öz qüdrətimizin, elm və bacarığımızın məhsulu yox. Bilək ki, biz də bir vasitəyik. Bizim zehnimiz, əlimiz, əməlimiz, qolumuz, səyimiz ilahi iradənin həyata keçməsinə bir vasitədir. Allahın bizim böyük imamımız kimi layiqli bəndələri ramazan ayının bu saat və günlərinin qədrini bilir, ondan maksimum istifadə edirdilər. Biz məsum imamları görməmişik, amma bizim böyük, mərhum və böyük imamımızın müqəddəs vücudunda həmin ibadət və zikr əlamətləri müşahidə olunurdu.

nardaranpiri.com
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930