İran Qüdsü Fələstinin əbədi paytaxtı olaraq tanıyıb
İran parlamentinin dekabrın 24-ü keçirilən açıq iclasında Qüdsün İran tərəfindən Fələstinin əbədi paytaxtı kimi tanınmasını nəzərdə tutan qanun layihəsi qəbul olunub.
Deyerler.org Təsnim-ə istinadən xəbər verir ki, Fələstin xalqının İslam inqilabının qorunması qanununun birinci maddəsinə daha bir qərarın əlavə olunmasını nəzərdə tutan layihə dekabrın 24-ü İran parlamentinin gündəminə salınıb. İsfahanlı deputat Əhməd Saləki bu layihəni dəstəklədiyini bildirərək, belə danışıb: “Müsəlmanların ilk qibləsi olan Qüds, İslam dünyasında xüsusi bir mövqeyə malikdir. Təəssüf ki, ABŞ prezidenti Tramp işğalçı sionist rejimi dəstəkləmək məqsədilə beynəlxalq hüquq və BMT qətnamələrini pozdu və birtərəfli şəkildə Qüdsü bu rejimin rəsmi paytaxtı elan etdi. Sionist rejim və Fələstin arasındakı sülh müqaviləsində işğal altında olan Qüdsün şərq hissəsi ilə qərb hissəsinin də Fələstin dövlətinə aid olduğu bildirilir”. Parlamentdə keçirilən səsvermə nəticəsində bu layihənin lehinə 187 deputat səs verib. Parlamentdəki 235 deputatın iştirak etdiyi səsvermədə 9 nəfər bitərəf və əleyhinə isə, 15 nəfər səs verib. Bu layihənin yekun olaraq qəbul olunacağı təqdirdə, İran Qüdsü Fələstin dövlətinin əbədi paytaxtı kimi tanıyacaq. Deyerler.org Oxşar xəbərlər
|