İngiltərədə müsəlman uşaqlar təhlükə qarşısındadır
Son illərdə İngiltərədə nifrət və irqçilik halları artıb. Londonda yaşayan bir qrup uşaqlar arasında aparılmış təhqiqatın nəticəsi göstərir ki, düşmənçilik artıq onların həyatının bir parçasında çevrilib.
Madie.Az-ın IFPress-ə istinadla məlumatına görə, nifrət və irqçilik halları o qədər artıb ki, hətta bəzi müsəlman uşaqlar məscidə getməkdən belə çəkinir. Aparılmış tədqiqatın rəhbəri “Vener” uşaq mərkəzinin ailə və uşaq işləri üzrə eksperti Səham əl-Qasim deyib ki, sorğularda iştirak edən uşaqların əksəriyyəti müsəlman olmaq üçün çətin dövün olduğunu etiraf edib. Kings Universiteti və Londonun İslam Sosial Dəstək Mərkəzinin dəstəyi ilə aparılmış təhqiqatın nəticəsinə görə, müsəlman uşaqlar öz dinlərinə görə təhlükəsizlik problemi yaşayır. S.əl-Qasim deyib ki, müsəlman uşaqların gündəlik həyatında hücuma məruz qalmaq qorxusu ən önəmli məsələdir. Təhqiqatda iştirak edən şagirdlər dini inanclarına əməl etdikdə məsxər edilir və onlara davamlı qorxu gəlinir. S.əl-Qasim müsəlman uşaqlara qarşı irqçi davranışlar haqqında xəbərdarlıq edib və bunun uşaqlara dağıdıcı təsir göstərə biləcəyini önə çəkib. O çıxış yolu kimi, cəmiyyətdə maarifləndirmə işlərinin aparılmasını zəruri hesab edir. S.əl-Qasim gələcəkdə öz təhqiqatını məktəblərdə İslamofobiya mövzusu ilə davam etdirmək niyyətindədir. Oxşar xəbərlər
|