İslamazeri.com bağlanmaq təhlükəsilə üz-üzə: Kampaniyaya qoşulun!
Hörmətli oxucular, bildiyiniz kimi “islamazeri.com” saytı 2006-cı ildən həvəskar, 2008-ci ildən isə peşəkar formada fəaliyyət göstərir.
Azərbaycanın ilk İslamyönlü xəbər portallarından biridir. Obyektiv fəlaiyyətinə görə dəfələrlə təzyiqlərə və bloklara məruz qalıb. 10 ildən çoxdur xalqımıza imanla xidmət edən sayt bir neçə aydır maliyyə çatışmazlığı ilə üz-üzədir. Neçə aydır maliyyə çatışmazlığı (sponsorların dəstəyinin kəsilməsi) var deyə saytın, demək olar ki, bütün kollektivi təxminən bir neçə ay maaşsız işləyib və sonda bütün işçilərlə qarşılıqlı razılaşaraq saytın peşəkar fəaliyyətinin dayandırılması qərara alınıb. Sayta texniki xidmət göstərən server-hostinq şirkətinə də artıq neçə aylardır heç bir ödəniş edilə bilmir. Hal-hazırda da sayt könüllülərin köməyi ilə həvəskar formada fəaliyyət göstərir. Borclu qalınan işçilərin qalan maaşlarının ödənilməsi, server-hostinq borcları və saytın yenidən peşəkar fəaliyyətə keçməsi üçün sizlərin köməyinə ehtiyac var. Aşağıda qeyd edilən hesab nömrələrinə həm Azərbaycandan manat, həm də xaricdən dollar köçürə bilərsiniz. Bu hesabları paylaşaraq İslamyönlü xəbər saytının fəaliyyətinin davam etməsinə vasitə olun. Güc birlikdə olduğu üçün siz oxuculara müraciət etdik. Çəkdiyiniz zəhhmətlərə və dəstəklərinizə görə öncədən öz təşəkkürümüzü bildiririk. Xaricdən və ya Azərbaycandan kartdan karta köçürmək üçün Dollar hesabı - 5404 0852 3820 0002 (Mastercard) Ölkədən kart və ya Milli On və Kapitalbankın ödəmə terminallarından pul köçürmək üçün manat hesabı Manat hesabı - 4169 7413 6126 0001 (Visa) Bankın rekvizitləri Oxşar xəbərlər
|