Gürcüstanla Rusiya arasında yeni nəqliyyat dəhlizi yaradılır
Mьəllif: admin1
Tarix: 29-12-2017, 22:19
Bцlmə: Xəbərlər
Gürcüstanla Rusiya arasında yeni nəqliyyat dəhlizi yaradılır
Gürcüstanla Rusiya arasında yeni nəqliyyat dəhlizi yaradılır. Abxaziya və Cənubi Osetiyadan keçən yolların bərpa olunaraq yeni dəhlizin yaradılması və istifadəsi nəzərdə tutulur.

Cmedia xəbər verir ki, 2011-ci ildə Gürcüstanla Rusiya arasında gömrük məsələləri ilə bağlı müqavilə imzalanmışdı. Sənəddə Yuxarı Lars nəqliyyat dəhlizinə alternativ olan Abxaziya və Cənubi Osetiyadan keçən yolların bərpası və istifadəsi nəzərdə tutulur. Yüklərin monitorinqi isə İsveçrə şirkəti tərəfindən aparılacaq . Artıq bu il dekabrın 19-da həmin şirkətlə nəzərdə tutulan müqavilə imzalanıb. Rusiya tərəfidə yaxın zaman ərzində belə müqavilə imzalamağa hazırlaşır. Gürcüstanın baş naziri cənab Qiorgi Kvirikaşvili həmin marşrutdan yalnız fors-major hallarda istifadə ediləcəyini bildirib.

Qeyd edək ki, alternativ dəhlizdə Abxaziyadan keçən dəmir yolu vasitəsi ilə, fəaliyyət nəzərdə tutulur.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031