Ayətullah Sistanidən xumsla bağlı mühüm suallara cavab
Xums dinin zərur hökümlərindəndir. Xums sözünün mənası beşdə bir deməkdir. Yəni hər bir müsəlmanın illik gəlirindən bütün illik xərclərin çıxandan sonra yerdə qalanın beşdə biri. İnsan özü üçün bir gün təyin edir. Gələn ilin həmin gününə qədər bir illik qazancından bütün zəruru ehtiyaclarını təmin edir. Yerdə qalan hissənin beşdə birinin xumsunu verməlidir.
Xums (beşdə bir) zəmanə İmamının (ə.f) və fəqir, kasıb seyidlərin haqqıdır. Xums, xums yığmaq səlahiyyətləri olan kəslərə verilməlidir. Həmin pul müsəlmanların rifahı yolunda xərclənməlidir. Şəfaqna saiti Ayətullah Sistanin dəftərxanasına xumsla bağlı bir neçə sual ünvanlayıb: Sual 1: Xums günü sabah olan bir kasıb şəxsə 3000m pul verilib. Bu pul həmin kasıbın bir illik dolanışığını ancaq ödəyəcək. Bu pula xums vacibdirmi? Cavab: Əgər xums günü təyin edilmiş şəxslərdəndirsə (yəni- dolanışığını təmin edən işi varsa) xumsunu verməlidir. Əgər işi yoxdursa bu pulun üstündən bir il keçərsə həmin pulun xumsu vardır. Sual 2: Xums gününü təyin etdikdən sonra günü dəyişmək olarmı? Cavab: Xums günü önə çəkilə bilər. Məsələn 28- dən 25 –nə çəkilə bilər. Sual 3: Bir kəs maaşını xums günündən bir gün qabaq alır. Halbuki bu maaş onun bir aylıq dolanışığını təmin etmək üçündür. Artıq pul qalmır? Cavab: Xumsu vardır. Sual 4: Biz xums günün təyin etdik. Xumus günü evdə qalan odun, kömur, un və başqa ərzaqlara xums gəlirmi? Cavab: Bunların hamsının xums günüdə xumsu vardır. Sual 5: Həddi buluğ olamğa bir gün qalmış bir kəs əlinə pul gəldi. Sabah buluğ olanda bu pulun xumsun verməlidir? Cavab: Əgər hazırda qazancı yoxdursa, bu pulu almağından bir il keçdikdən sonra xums vacib olur. Oxşar xəbərlər
|