Şeyx Zəkzakinin vəziyyəti ilə bağlı son məlumat
Təxminən iki il əvvəl Nigeriya ordusu bu ölkədəki şiələr və Nigeriya İslami Hərəkat lideri Şeyx Zəkzakiyə hücum etmişdi. Bu hücum zamanı yüzlərlə müsəlman öldürülmüş, Şeyx Zəkzaki isə yaralanaraq həbs edilmişdi. Ötən il Nigeriyanın Ali Məhkəməsi Şeyx Zəkzakinin sərbəst buraxılmasına qərar versə də, o hələ də həbsdən azad edilməyib.
İslaminSesi.info-nun verdiy məlumata görə, "Tasnim" İnformasiya Agentliyinin müxbiri, Nigeriya İslami Hərəkatı təşilatının yüksək səviyyəli üzvlərindən olan Abdullah Danladidən aldığı müsahibədə bu mövzu barədə suallar verib. Danladi, Nigeriya İslami Hərəkatı liderinin azad edilməməsi məsələsinin ABŞ, İsrail və Səudiyyə Ərəbistanı rejimlərinin əmrləri ilə bağlı olduğunu bildirib və qeyd edib ki, onlar şiə din xadiminin azad edilməsinə qarşıdırlar. Abdullah Danladi Şeyx İbrahim Zıkzaki və onun həyat yoldaşının sağlamlıq vəziyyəti haqqında isə bunları deyib: Şeyx, həyat yoldaşı və bir çox qardaşımız Nigeriya ordusunun əsgərlərinin iki il əvvəl təşkil etdiyi hücumda yaralanıb. Həkimlər, Şeyx Zəkzakinin gözünün müalicəsi üçün yurd xaricinə göndərilməli olduğunu desə də, hökumət buna imkan vermir. Şeyx Zəkzakinin xanımı da hücumda yaralanıb. Bədənindəki güllələrin çıxarılması üçün xəstəxanaya qaldırılması lazımdır, ancaq hökumət buna da imkan vermir. O, Nigeriya hökumətinin Şeyx Zəkzakini öldürməyə çalışdığını qeyd edərək bildirib ki, hökumət Allahın köməyi ilə bunu edə bilməyib. Oxşar xəbərlər
|