İranın aksiyalar keçirilən əksər regionlarında vəziyyət normallaşıb
"Report" "Press TV"-yə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər nazirinin təhslükəsizlik məsələləri üzrə müavini Hüseyn Zülfiqari bildirib.
"Ölkənin aksiyalar keçirilən əksər əyalətlərində vəziyyət normallaşıb. 20 nəfərədək şəxsin həyatına son qoyan etirazlar yaxın zamanda başa çatacaq", - nazir müavini deyib. Qeyd edək ki, daha əvvəl Tehranda yanvarın 30-dan iğtişaşlarla əlaqədar ən azı 450 nəfər saxlanıldığı bildirilmişdi. Şəhər hakimiyyətinin nümayəndəsi Əli-Əsgər Nəsirbaht bildirib ki, 200 nəfər şənbə günü, 150 aksiya iştirakçısı bazar günü, təxminən 100 nəfər isə bazar ertəsi tutulub. Xatırladaq ki, etiraz aksiyaları dekabrın 28-də İranın Məşhəd şəhərində başlayıb. Aksiya iştirakçıları küçələrə axışaraq qiymət artımına etirazlarını bildiriblər. Etirazlar tədricən digər əyalətlərə də yayılıb. Oxşar xəbərlər
|