Bosniya 481 illik İslam incisi
Mьəllif: admin1
Tarix: 9-01-2018, 22:02
Bцlmə: Xəbərlər
Bosniya 481 illik İslam incisi
Bosniya və Herseqovinanın paytaxtı Sarayevodakı 481 illik tarixi Qazi Xosrov bəy mədrəsəsi şəhərdəki ən mühüm müsəlman abidələrindən biridir.

Deyerler.org Dunyabulteni-nə istinadən xəbər verir ki, mədrəsə ölkənin ən qədim təhsil ocağıdır və eyni zamanda dünyada, təxminən 5 əsrdir tədrisini fasiləsiz davam etdirən nadir məktəblərdən biridir.

Mədrəsənin müdiri Mənsur Malkic, təxminən 5 əsrdir fasiləsiz təhsil verən Qazi Xosrov bəy mədrəsəsinin, ölkə daxilində də, eyni səviyyədə bir çox təhsil müəssisəsinin açılmasına təkan verdiyini bildirir.

Malkic mədrəsənin təkcə dini təhsil verən bir məktəb olmadığını, eyni zamanda ölkədəki digər məktəblərlə də rəqabət aparan bir təhsil müəssisəsi olduğunu vurğulayıb: “Burada həm Qurani-Kərim, din və hədis dərsləri, həm də riyaziyyat, biologiya kimi digər dərslər də tədris olunur”.

Ölkənin ən qədim təhsil ocağı olan mədrəsədə verilən təhsilin keyfiyyəti, eləcə də ingilis, ərəb və türk dillərinin öyrədildiyi üçün boşnak ailələr uşaqlarını burada oxumalarına böyük əhəmiyyət verir.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031