Nigeriyada polisin açdığı atəş nəticəsində Əhli-Beyt (ə) alimlərindən biri yaralandı
Nigeriyanın təhlükəsizlik qüvvələri Şeyx Zəkzəkinin tərəfdarlarının yanvarın 9-u paytaxt Abucada keçirdikləri dinc etiraz aksiyasına sərt müdaxilə edib.
Deyerler.org İslamicmovement-ə istinadən xəbər verir ki, Nigeriya polisi “Şeyx Zəkzəkiyə azadlıq!” şüarı ilə paytaxt küçələrinə çıxan etirazçılara göz yaşardıcı qaz və həqiqi güllələrlə müdaxilə edib. Polisin açdığı atəş nəticəsində ölkədəki Əhli-Beyt (ə) alimlərindən Şeyx Qasım Umar Sokoto ayağından yaralanıb. Polis, qadınlar da daxil olmaqla, xeyli sayda nümayişçini həbs edib. Nümayişçilər hökumətdən ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx Zəkzəkinin dərhal və qeyd-şərtsiz azad etməsini tələb edirdilər. Nigeriya polisi Şeyx Zəkzəkinin tərəfdarlarının ölkənin Kaduna şəhərində keçirdikləri mitinqə sərt müdaxiləsi nəticəsində 2 nəfər etirazçı şəhid olmuşdu. Qanunsuz yerə 2 ildir həbsdə saxlanılan Şeyx Zəkzəkinin səhhətinin bir neçə gündür ki, pisləşdiyi bildirilir. Oxşar xəbərlər
|