Hindistan müsəlmanları həccə dəniz yolu ilə də gedəcək
Səudiyyə rejimi və Hindistan müsəlmanların müqəddəs torpaqlara həcc ziyarəti üçün dəniz nəqliyyatının bərpa olunması barədə razılığa gəliblər.
Deyerler.org-un xəbərinə görə, Al-Arabia saytı Hindistan müsəlmanlarının dəniz nəqliyyatının açılmasını 22 ildir ki, gözlədiyini yazıb. Müsəlman əhalinin çoxluğuna görə dünyada 2-ci yerdə olan Hindistanda 1995-ci ildən bu nəqliyyat növü dayandırılıb. Dəniz nəqliyyatının bərpası 2018-ci ildə baş tutacaq. İndi hindistanlı müsəlmanlar 2-3 gün ərzində Səudiyyəyə gedə biləcəklər. Bundan başqa ziyarət xərcləri də 50% azalmış olacaq. Deyerler.org Oxşar xəbərlər
|