Səəd Həriri: “Hizbullah Livanda sabitliyin mühüm amilidir”
Livanın baş naziri Səəd Həriri Hizbullahın bu ölkədəki rəsmi siyasi partiyalardan biri olduğunu açıqlayaraq, bu hərəkatı Livanın son vaxtlar əldə etdiyi sabitliyin mühüm amili kimi xarakterizə edib.
Deyerler.org Mehrə istinadən xəbər verir ki, Amerikanın bir qəzetinə müsahibə verən Həriri Hizbullahla qarşı-qarşıya gəlməyə meyilli olmadıqlarını qeyd edib. Livanı İran ilə Səudiyyə rejiminin arasındakı ixtilaflardan kənar tutmağa çalışdığını deyən Həriri, belə danışıb: “İran ilə Ərəb ölkələri arasında münasibətlər daha yaxşı bir səviyyəyə irəliləyərək, bizim milli maraqlarımızın xeyrinə olmalıdır”. Livanın baş naziri müsahibəsində Səudiyyə rejiminin regional siyasətlərini isə belə şərh edib: “Səudiyyə heç bir zaman ölkəmizin daxili işlərinə qarışmadı. Bununla yanaşı, onların Livana iqtisadi yardım göstərmək üçün hazır olmalarına ümid edirəm”. Oxşar xəbərlər
|