Şeyx Zəkzaki: Mən hələ də yaşayıram - VİDEO
Nigeriya müsəlmanlarının lideri Şeyx Zəkzaki 2 il həbsdən sonra ötən gün jurnalistlər qarşısına çıxıb.
2015-ci ilin dekabr ayında həbs olunaraq ev dustağı saxlanılan Nigeriya İslam Hərakatının lideri Şeyx İbrahim Zəkzaki şənbə günü jurnalistlər qarşısına çıxıb. Boyununda sarğı taxtası, gözündə eynək və əlində əsa tutan Şeyx Zəkzakiyə paytaxt Abucanın xəstəxanalarının birində müayinə olunmasına icazə verilib. Nigeriya xalqına onu dəstəklədikləri üçün təşəkkür edən Şeyx Zəkzaki jurnalistlərə deyib: “Mən hələ də yaşayıram. Öz həkimim vasitəsilə müayinə olunmağıma icazə verildi. Bundan öncə təhlükəsizlik qüvvələrinin həkimləri məni müayinə edirdi. Lakin indi öz həkimim vasitəsi ilə müayinə olundum. Öz həkimin öncədən də məni müayinə etmişdir. Xalqın duaları sayəsində şükürlər olsun ki, halım yaxşıdır.” Qeyd edək ki, son günlər Şeyx Zəkzakinin azadlıq tələbi ilə Nigeriyada etirazlar davam etmiş, etirazlarda hətta bir neçə nəfərin öldürüldüyü də önə çəkilirdi. Xatırladaq ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində şiələrin toplaşdığı Bəqiyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri, ölkə şiələrinin lideri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı təqribən 2000 nəfəri öldürmüşdü. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya göndərilib. Onun 3 övladı şəhid edilib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zaria şəhərinə hücum zamanı ən az 300 Əhli-Beyt (ə) tərəfdarının öldürüldüyünü elan edib. Bəzi məlumatlara görə, hücum zamanı 1000-dək şiə qətliam olunub. Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır. Şeyx Zəkzakinin özü və xanımı göz və sinə nahiyyəsindən ölümcül yaralanmışdılar. Oxşar xəbərlər
|