Ayətullah Xamenei başsağlığı verib
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei çox acınacaqlı və kədərli neft tankeri faciəsində gəminin heyət üzvlərinin həlak olması münasibətilə bağlı başsağlığı verib.
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: “Allahın adı ilə. Neft tankerində yanğın baş verməsi və bunun ardınca tankerin batması nəticəsində tankerin heyət üzvlərinin həlak olması çox acınacaqlı və kədərli hadisədir. Bu acı hadisədə həyatını itirənlərin ailələrinə və yaxınlarına səmimi qəlbdən başsağlığı verir və Allahdan onların kədərli ürəklərinə təsəlli və sakitlik bəxş etməsini diləyirəm.O əziz insanlar vətənə xidmət edərk can veriblər və bu, bəlkə də kədərin acısını azalda biləcək, qəmli ürəklərə sakitlik bəxş edə biləcək böyük bir fəxrdir. Allah Taaladan onlara rəhmət və məğfirət, müsibətli ailələrə isə səbr və əcr diləyirəm." Qeyd edək ki, yanvarın 6-da Cənub-Şərqi Çin dənizində yük gəmisi ilə toqquşan İranın SANCHI neft tankerinin bütün heyət üzvləri (32 heyət üzvi) həyatını itirib. Bu gün (15 yanvar) İranda bu münasibətlə matəm günü elan olunub. Oxşar xəbərlər
|