Papanın Çili ziyarətinin ilk günündə 3 kilsə yandırıldı
Mьəllif: admin1
Tarix: 17-01-2018, 11:06
Bцlmə: Xəbərlər
Papanın Çili ziyarətinin ilk günündə 3 kilsə yandırıldı
Maide.Az “dunyabulteni”-nə istinadən xəbər verir ki, Papanın səfərinin ilk günündə bu ölkədə üç kilsə yandırılıb. Belə ki, Araucania bölgəsində iki və Puento Alto bögləsində bir kilsə yandırılıb.

Ölkədə ötən həftənin cümə günündən bu günə 9 kilsənin yandırıldığı bildirilir. Kilsələrin yandırılmasının səbəbi və bu hadisələri törədənlər hələlik məlum deyil. Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

Çilidə etnik bir qrup olan Mapuçe xalqından bəzi radikal qruplar son illər meşələri, əkin sahələrini və kilsələri yandırmaqla həmin torpaqların atalarına aid olduğunu iddia edirlər.

Adları öz dillərində “torpağın xalqı” mənasını verən Mapuçelər 300 il İspaniya işğalına qarşı mübarizə apardıqdan sonra 19-cu əsrdə Çilinin paytaxtı Santioaqonun 800 kilometrliyində Araucania bölgəsində yerləşdirilib. Yerlilərin boşaltdığı torpaqlar isə zamanla Avropalı mühacirlər tərəfindən zəbt olundu.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031