İslam Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Birliyinin iclası işini başa vurdu
Mьəllif: admin1
Tarix: 18-01-2018, 14:18
Bцlmə: Xəbərlər
İslam Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Birliyinin iclası işini başa vurdu
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Birliyinin Tehranda keçirilən 2 günlük iclası bu gün çərşənbə bir bəyanat qəbul edərək, öz işini başa vurub.

İƏT-in Parlamentlərarası Birliyinin 13-cü iclasının iştirakçıları bir bəyanat qəbul edərək, konfransın yüksək səviyyədə keçirilməsinə görə, İrana təşəkkür etməklə yanaşı, ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı olaraq tanımasını kəskin formada qınayıblar. Bəyanatda Trampın bu hərəkəti beynəlxalq sülh və təhlükəsizliyə qarşı ciddi təhdid habelə, fələstinlilərin hüquqlarının aşkar və kobud şəkildə pozulması adlandırılıb.

İƏT-in Parlamentlərarası Birliyinin 13-cü iclasının iştirakçıları Fələstin xalqının problemlərinin həllinə kömək etməyə hazır olduqlarını vurğulayaraq, bildiriblər: "Fələstin xalqının hüquqlarının təmin edilmədii xüsusilə, fələstinli didərginlərin öz torpaqlarına qayıtmadığı, Qüdsün paytaxt olması şərti ilə müstəqil Fələstin ölkəsinin yaradılmadığı zamana kimi müqavimət istənilən formasında fələstinlilərin qanuni haqqıdır."

Bu bəyanatda həmçinin, Yəməndə insani durumun acınacaqlı vəziyyət almasını kəskin formada qınanıb, Yəmən böhranı üçün siyasi həll yolunun tapılmasına, Yəmənin bütün nöqtələrinə humanitar yardımların çatdırılmasına təkid edilib.

İclas iştirakçıları habelə, Myanmanın Raxin vilayətində insan haqlarının kobud şəkildə pozulmasını qınayaraq, Myanma hökumətindən insan haqlarına hörmətlə yanaşmasını, insanların fundamental hüquqlarına riayət etməsini və irqi və dini ayrıseçkilikdən çəkinməsini istəyiblər.

Tehran iclasının yekun bəyanatında İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən iqtisadi, ticarət, maliyyə və bank əməkdaşlıqlarının genişləndirilməsi üçün münasib şəraitin yaradılması məqsədi ilə İslam Həmrəyliyinə əsaslanan yeni iqtisadi sistem yaratmaları istənilib.

İƏT-in Parlamentlərarası Birliyinin 13-cü iclasının iştirakçıları yekun bəyanatda ABŞ prezidentinin rəngli dərililərə qarşı irqçi çıxışını da kəskin formada qınayaraq, İslam və terrorizmin bir biri ilə əlaqələndirilməsini yolverilməz hesab ediblər.

İslam Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Birliyinin 14-cü iclası Mərakeşdə keçiriləcək.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031