Gürcüstanın təhsil naziri azərbaycanlı şagirdlərin müsabiqə işləri ilə tanış olub
Gürcüstanda milli azlıqların təhsil aldığı orta məktəblərdə “Mənim gürcü rolum” adlı müsabiqə keçirilir.
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, müsabiqəyə tədrisi gürcü və Azərbaycan dillərində olan Tbilisi 218 saylı orta məktəbdə start verilib. Tədbirdə Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili iştirak edib. Müsabiqəyə şagirdlər gürcü dilində yazdıqları ədəbi əsər və ssenarilərlə qatıla bilərlər. Müsabiqənin keçirilməsində məqsəd etnik azlıqlardan olan şagirdlər arasında gürcü dilinin təbliği və onların biliklərinin inkişaf etdirilməsidir. Qaliblər müsabiqə başa çatandan sonra münsiflər heyəti tərəfindən müəyyən olunacaq. Təhsil və elm naziri M.Çxenkeli 218 saylı məktəbin azərbaycanlı şagirdlərinin müsabiqəyə təqdim etdikləri ədəbi əsərlərlə tanış olub. Oxşar xəbərlər
|