Gürcüstanın baş naziri prezidentliyə namizəd olmayacağını bəyan edib
Mьəllif: admin1
Tarix: 19-01-2018, 23:03
Bцlmə: Xəbərlər
Gürcüstanın baş naziri prezidentliyə namizəd olmayacağını bəyan edib
“Prezident seçkisində namizədliyimin irəli sürüləcəyi istisna olunur”.

Bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ölkənin İctimai televiziyasına deyib.

O bildirib ki, hakim partiya prezidentliyə namizədlə bağlı hələ qərara gəlməyib: “Bu məsələ hazırda ilkin söhbətlər səviyyəsindədir.”.

G.Kvirikaşvili deyib ki, hökumət komandası ilə ölkədə müsbət dinamikanı təmin edən proqram həyata keçirir: “Bu proqramın uğurla yerinə yetirilməsi üçün tam konsolidasiya və başlanmış işlərdə əhəmiyyətli nəticələr əldə etmək lazımdır. Bu halda prezidentliyə namizədliyimin nəzərdən keçirilməsi yersiz və mənim üçün maraqlı deyil.”

Qeyd edək ki, Gürcüstan KİV-də hakim “Gürcü Arzusu” partiyasında prezidentliyə baş nazir Giorgi Kvirikaşvili və əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeyenkonun namizədliklərinin nəzərdən keçirildiyi barədə məlumatlar yayılıb.

D.Sergeyenko da dövlət başçısı vəzifəsinə onun namizədliyi məsələsinin müzakirə olunmadığını deyib.

Gürcüstanda prezident seçkisi cari ilin oktyabrında keçiriləcək.
(APA)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930