Adnan Oktar barədə Türkiyə rəhbərliyinə son 2 ayda 444 dəfə şikayət edilib
Mьəllif: admin1
Tarix: 20-01-2018, 11:03
Bцlmə: Xəbərlər
Adnan Oktar barədə Türkiyə rəhbərliyinə son 2 ayda 444 dəfə şikayət edilib
Türkiyəli vətəndaşlar ölkədə yayımlanan A9 kanalında "Adnan hoca" kimi tanıdılan Adnan Oktarın apardığı əxlaqsız proqramlar barədə son 2 ay yarımlıq müddət ərzində Radio Televizaya Ali Şurasına (RTÜK) 444 dəfə şikayət edilib.

Kanal Adnan Oktara məxsusdur. İslamı təbliğ etdiyi iddiası ilə yayımlanan əxlaqsız proqramın adı isə "Adnan Oktar ile Sohbetler"-dir.

İslaminSesi.info "Anadolu"-ya istinadla xəbər verir ki, vətəndaşlar tərəfindən edilən şikayətlərin 190-ı RTÜK-üç veb saytı, 135-i çağırış xətti, 113-ü e-dövlət və 6-sı isə RTÜK Mobil tətbiqi vasitəsilə edilib.

Vətəndaşlar Adnan Oktarın verilişlərindən duyduqları narahatlıqlarını həmçinin Prezident Rabitə Mərkəzi (CİMER) və Baş Nazirin Rabitə Mərkəzinə (BİMER) də 22 dəfə bildiriblər.

Şikayətlərə "Ümumi əxlaq, mənəvi dəyərlər ilə ailənin qorunması prinsipinə ziddiyyət"; "Kanal bağlansın/sanksiya tətbiq edilsin"; "Dil, din, irq, rəng, cinsiyyət, məzhəb" fərqlərinə qarşı arqumentlər; birbaşa Adnanın şəxsən özünə qarşı; eyş-işrət və ədəbsizliklə bağlı; uşaq və gənclərin inkişaflarına mənfi təsir etmə; yayımların gender bərabərliyinə zidd olması barədədir.

RTÜK isə vətəndaşların şikayətləri barədə araşdırma aparıb və bildirib ki, şikayətə səbəbo olan görüntülər A9 peyk kanalı ilə deyil, qurumun nüfuz dairəsinin xaricində olan YouTube və sosial şəbəkələr vasitəsilə "A9" loqosu qoyularaq yayımlanır. TV kanalından isə RTÜK-ün sanksiyasına məruz qalacaq məzmundakı proqramlardan çəkinilir.

Hazırda internet mühitinə qarşı nəzarət etməyən RTÜK isə bu səbəbdən yüzlərlə şikayət verilən və mübahisələrə səbəb olan Adnan Oktarın "söhbət" proqramlarına sanksiya tətbiq edə bilmir.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031