Gölün ortasındakı məscid istifadəyə verildi
Mьəllif: admin1
Tarix: 23-01-2018, 21:36
Bцlmə: Xəbərlər
Gölün ortasındakı məscid istifadəyə verildi
Türkiyənin Bolu bölgəsindəki Seben gölünün içində qalan və sahildən təxminən 100 metr məsafədə yerləşən məscid, 2 il davam edən yol tikintisi və yenidənqurma işlərindən sonra ibadətə açılıb.

Deyerler.org xəbər verir ki, Taşlıyayla bölgəsində 2004-cü ildə başlanan göl salınması işləri nəticəsində meşə binası, anbarlar, yataqxana və təqribən 50 illik məscid su altında qalmışdı.

Sudan zərər görməməsi üçün ətrafı daşlarla doldurulan, sahildən çəkilən yol ilə əlaqəsi olan və yenidən bərpa edilən məscidin içərisinə xalçalar da sərilib.

Seben bələdiyyəsi və xeyriyyəçilərin səyləri ilə artıq sudan zərər görməsi ehtimalı olmayan məscid, rayona dincəlməyə gələn və Bolu-Seben avtomobil yolunu istifadə edən vətəndaşların rahat ibadət etməsi üçün məscid kimi xidmət göstərməyə başlayıb.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031