Nigeriyalı xanımlar Şeyx Zəkzəkinin azad edilməsi tələbilə yürüş keçirdi
Mьəllif: admin1
Tarix: 23-01-2018, 21:37
Bцlmə: Xəbərlər
Nigeriyalı xanımlar Şeyx Zəkzəkinin azad edilməsi tələbilə yürüş keçirdi
Yanvarın 22-də Nigeriya İslam Hərəkatının qadın təşkilatı ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin azadlığa buraxılması tələbilə paytaxt Abucada dinc aksiya keçirib.

Deyerler.org İslamicmovement-ə istinadən xəbər verir ki, yüzlərlə qadın fəalın iştirakı ilə keçirilən yürüş paytaxt Abucadakı Milli İnsan Haqları Komissiyasının baş qərargahının qarşısında yekunlaşıb.

Nigeriya İslam Hərəkatının Qadın Komitəsi Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarının hökumət tərəfindən hələ də icra edilməməsini qınayaraq, Şeyx Zəkzəki və xanımı Zinət İbrahim ilə həbsdə olan bütün İMN fəallarının dərhal və qeyd şərtsiz azadlığa buraxılmasını tələb edib. Mitinq heç bir insident baş vermədən başa çatıb.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031