Baş nazir: “BTQ dəmir yolu layihəsi Gürcüstanın nəqliyyat xəritəsini dəyişib”
Mьəllif: admin1
Tarix: 24-01-2018, 10:07
Bцlmə: Xəbərlər
Baş nazir: “BTQ dəmir yolu layihəsi Gürcüstanın nəqliyyat xəritəsini dəyişib”
“Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Gürcüstanın nəqliyyat xəritəsini dəyişib”.

Bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Davosda keçirilən Dünya İqtisadi Forumunun “Avrasiya: strateji perspektiv” sessiyasında deyib.

Baş nazir Gürcüstanda Qara dəniz sahilində Anaklia dərin dəniz limanının inşa olunduğunu diqqətə çatdırıb: “Qazaxıstan kimi Mərkəzi Asiya ölkələri, həmçinin Azərbaycan, Gürcüstan, Türkiyənin cəlb olunduğu layihələr regionu Avropaya yaxınlaşdırır. Çindən hərəkət edən qatarın Gürcüstana çatması üçün 9 gün tələb olunur və bu yalnız bir ölkənin deyil, layihədə iştirak edən bütün ölkələrin böyük nailiyyətidir.”
(APA)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031