İslam dini əleyhinə çıxışları ilə tanınırdı, müsəlman oldu
Mьəllif: admin1
Tarix: 25-01-2018, 10:03
Bцlmə: Xəbərlər
İslam dini əleyhinə çıxışları ilə tanınırdı, müsəlman oldu
Almaniyada İslam əleyhinə çıxışları ilə tanınan Artur Vaqner müsəlmanlığı qəbul edib.

İslaminSesi xarici KİV-ə istinadən xəbər verir ki, 48 yaşlı rus əsilli siyasətçi dinini dəyişdiyini elan etdikdən sonra Almaniya üçün Alternativ Partiyasının (AfD) Brandenburq əyaləti üzrə sədri vəzifəsindən istefa verib.

Partiya rəhbərliyi isə Vaqnerin hansı dinə mənsub olmasından asılı olmayaraq hər zaman azad seçim edə bilməsinin doğru addım olduğunu açıqlayıb.

“Din şəxsi seçimdir. Biz konstitusiyada yer alan din azdlığını dəstəkləyirik. Amma İslamdan başqa din də seçə bilərdi”, - deyə AfD-nin sözçüsü Daniel Fris bildirib.

Qeyd edək ki, Almaniya üçün Alternativ Partiya radikal sağçı, İslam və miqrantların əleyhinə çıxışları ilə tanınır.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031