Seyid Əbdülməlik Əl-Husi Səud rejiminə xəbərdarlıq etdi
Yəmənin Ənsarullah Hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husi Ali Səuda xəbərdarlıq edərək, yaxın günlərdə Səudiyyə rejimini qafil ovlayacağını bildirib.
Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Seyid Əbdülməlik Əl-Husi Twitter-dən Ali Səud rəsmilərinə müraciətində belə qeyd edib: "Keçən günlərdə verdiyim vədə uyğun Taizzdə təcavüzkar muzdlu əsgərlərinizin yerləşdiyi nöqtəni raket ilə hədəfə almışıq və bu yaxınlarda, sizdən intiqam almağı unutmadığmızı görəcəksiniz". Xatırladaq ki, Yəmən qüvvələri yanvarın 22-si bir ədəd "Qahir 2" ballistik raketlə Yeməyin cənub-qərbindəki Taizz vilayətinin Hiyam bölgəsində yerləşən Səudiyyənin muzdlu qüvvəlrinin bir hərbi mərkəzini darmadağın etmişdi. Oxşar xəbərlər
|