Ali dini rəhbər avropalı müsəlman tələbələrə mühüm mesaj verdi
Ali dini rəhbər ayətullahul-üzma Seyid Əli Xamenei yanvarın 27-si Avstriyanın paytaxtı Vyanada təşkil olunan Avropa Müsəlman Tələbələr Birliyinin konfransına təbrik məktubu göndərib.
Deyerler.org Mehrə istinadən xəbər verir ki, ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei məktubunda belə qeyd edib: “Bu gün dünyada və onun daxilindəki proseslər özü ilə birgə gənclər üçün keçmişdə görünməmiş və ya qeyri-müəyyən olan gözləntiləri gətirir. Gənc universitet tələbələri bu proseslər ilə gözləntiləri doğru bir şəkildə təsvir edərək, özlərini hazırlamalıdır. Müsəlman Tələbələr Birliyinin sizə yaratdığı şərait bu məsələdə sizə kömək edə bilər. Mühüm olan Allah yolunda vəzifənizi həvəslə yerinə yetirmənizdir. Bunlara nail olsanız, Allahın hidayəti köməyinizə gələcək, İnşaallah. Allahdan hər birinizə ən xeyirli olanı diləyirəm”. Oxşar xəbərlər
|