Almaniyalı şərqşünas İmam Rzanın (ə) hərəmində İslamı qəbul etdi
Almaniyalı şərqşünas İmam Rzanın (ə) mütəhhər hərəmində kəlimeyi-şəhadət gətirərək İslam dinini qəbul edib.
Deyerler.org Asdan News-a istinadən xəbər verir ki, yeni müsəlman olan almaniyalı Yunis, yetkinlik dövründən etibarən şərqi və müsəlmanları tanımağa maraq göstərdiyini və bu sahədə bir çox araşdırma apardığını deyib. O, müsəlmanları daha yaxından tanımaq üçün 6 il ərzində fars dilini də öyrəndiyini bildirib: “Mənim ölkəmdə əhalinin əksəriyyəti mövcudiyyətlərinin həqiqətini axtarırlar və mən də onlar kimi bu həqiqəti tapmaq istəyirdim. Tək Allah, İslam peyğəmbəri Həzrət Məhəmməd (s) və yaradılışın əvvəlindən etibarən bəşəriyyətin yanında olan Allah övliyalarına inam, mənim seçimim üçün aydın bir dəlil idi və bu yolu seçəndə özümdən çox əmin idim. Mənim yaşadığım ölkədə xalqın çox az bir hissəsi İncilin ilahi mahiyyətindən istifadə edir və hesab edirəm ki, onlar ümidin olmadığı bir dünyada yaşayılar və bu məsələ onların bədbinliyinə və ümidsizliyinə səbəb olur. Tövhid, nübuvvət və ədalət üzərində tənzimlənən bir dinin daşıyıcısı olmaq, heç vaxt insanın ümidsizliyə düçar olmasına yol verməz”. Qüds Rəzəvi ostanında olmaqdan məmnun olduğunu deyən almaniyalı gənc, sözlərini belə davam edib: “Bu müqəddəs ziyarətgahda olmaq, mənə rahatlıq verir. Bütün varlığımla qəlbimi bu böyük imamın vilayət səmasına bağlayıram və 8-ci imamın (ə) təkrar qonağı olmağı arzu edirəm”. Qüds Rəzəvi ostanının xarici ziyarətçi işləri qurumunun sədri Seyyid Məhəmməd Cavad Haşiminejat İslam dinini qəbul etmək şərəfinə layiq olan almaniyalı gənci təbrik edərək, belə danışıb: “Bütün dünya əhalisinin bir çoxu mövcudiyyətlərinin həqiqətini itiriblər və daim itirdiklərinin axtarışındadırlar. Onların bir çoxu, itirdikləri şeyi maddiyyatda axtarır və insanın vücudunda Allahı tanıma fitrətini oyadır”. Bu mərasimin yekununda Qüds Rəzəvi ostanının xarici ziyarətçi qurumu tərəfindən yeni müsəlman olan almaniyalı gəncə bəzi mənəvi qiymətli hədiyyələr təqdim edib. Oxşar xəbərlər
|