Ayətullah Sistani Pakistanda baş verən hadisələrə münasibət bildirib
İslam dünyasının nüfuzlu mücdəhidi Ayətullah Seyyid Sistani Pakistan xalqının vəhdətinin əhəmiyyətinə toxunub. Həmçinin Amerikanı Pakistanın bütün daxili problemlərinin səbəkarı bilib.
Şiə dünyasının nüfuzlu alimi Pakistanın “Əsğəriyyə” dini müəssisəsinin nümayəndələri ilə görüşdə bildirib: Mən Hindistan və Pakistan arasındakı gərginliyi daima təqib edirəm və vəziyyətin yaxşı olması üçün dua edirəm. Həmçinin “Lu Lu TV” yə istinadən müctəhidin belə söylədiyi bildirilib: "Xarici fitnələrlə mübarizə aparmaq üçün daxili birliyin baş tutması və konkret siyasətlərin qəbul edilməsi zəruridir ki, müsbət nəticələr verilsin.” Həmçinin Ayətullah Sistani nümayəndələrdən pakistanlı uşaq və gənclərin İslam əxlaqı və təlim tərbiyəsi əsasında dünyəvi elimlərin öyrənilməsinə diqqət yetirmələrini istəyib. Qeyd edək ki, Ayətullah Sistaninin dəftərxanasının dəstəyi ilə Pakistanda bir çox Quran məktəbləri fəaliyyət göstərir. O cümlədən Əsğəriyyə dini müəsisəsi İslam inqilabının ideaları və İslamı məsələlərin yayılmasında və təbliğində xüsusi rola malikdir.(İslaminSesi) Oxşar xəbərlər
|