Gürcüstanda yanacaq ucuzlaşıb
Gürcüstanda benzin və dizel yanacağın qiyməti aşağı düşüb.
APA-nın yerli bürosu Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadla xəbər verir ki, yanvar ayında brend yanacaq doldurma məntəqələrində yanacağın qiyməti orta hesabla 2-5 tetri (0,008 – 0,020 dollar) arasında ucuzlaşıb. Yanacağa olan qiymətin ucuzlaşması milli valyuta olan larinin dollara qarşı möhkəmlənməsi ilə əlaqələndirilir. Hazırda qonşu ölkənin YDM-lərində benzinin qiyməti 2,45-2,55 lari (0,98-1,02 dollar), dizelin qiyməti isə 2,25-2,42 lari (0,90-0,96 dollar) təşkil edir. Oxşar xəbərlər
|