Adnan Oktarın İsraillə yaxın əlaqələri üzə çıxdı
Özünə aid televiziya kanalında etdiyi sərsəm verilişlərlə gündəmə gələn Adnan Oktarın işğalçı İsrail rejimi ilə əlaqələri üzə çıxıb.
İslaminsesi "Haber 7" yə istinadən xəbər verir ki, verilişlərində İsraili dəstəkləyən və işğalçı rejimi bəyəndiyini dilə gətirən Adnan Oktar, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasını da doğru qərar adlandırıb. Adnan Oktar hətta özünün Yəhudi olduğunu da deməkdən çəkinməyib. Onun köməkçilərinin işğalçı rejimin baş naziri Netanyahu ilə çəkdirdiyi şəkil, mediada böyük səs-küy yaradıb. Qeyd edək ki, özünü din xadimi kimi təqdim edən Adnan Oktarın, tabeçiliyində olan kanaldan istifadə edərək apardığı saxta təbliğat insanlar tərəfindən böyük narahatçılıq və narazılıqla qarşılanır. Oxşar xəbərlər
|