Bəhreyndə şiələrin repressiyası davam edir: 2 gənc edam ediləcək, çox sayda ömürlük həbs...
İslamazeri.com "mehr"ə istinadən xəbər verir ki, dünən Bəhreyn rejimi keçirilən məhkəmədə növbəti dəfə öz kin və qəzəbini qərarında sübut edib. Belə ki, iki şiə gənc haqqında edam hökmü çıxarıldıqdan sonra, məhkəmə 56 nəfər barəsində ömürlük həbs hökmü verib.
Rejim çox sayda bəhreynli şiə haqqında isə vətəndaşlıqdan çıxarma qərarı çıxarıb. Ali Xəlifə rejiminin şiələr əleyhinə repressiv addımları nəticəsində bir neçə gün öncə apellyasiya məhkəməsi Bəhreynin şiə lideri Ayətullah Şeyx İsa Qasim haqqında 1 il həbs qərarını qüvvədə saxlamış, həmçinin onun vətəndaşlıqdan çıxarılmasına "hə" demişdi. Qeyd edək ki, bir neçə gündür Bəhreynin müxtəlif şəhərlərində rejimə itaətsizlik aksiyaları keçirilir. Oxşar xəbərlər
|