Çinin 700 illik məscidi - FOTO
Divarlarına Qurani- Kərimin bütün ayələri hüsnxətt ilə xəttatlıq edilmiş Çinin “Şianşi” əyalətinin böyük məscidi müsəlmanlar və bu ölkənin dinlər tarixi üçün iftixarlı irsdir.
Maide.Az "İQNA" agentliyinə istinadən xəbər verir ki, divarlarına Qurani- Kərimin bütün ayələri hüsnxətt ilə xəttatlıq edilmiş “Şian” böyük məscidi Çinin “Şianşi” əyalətində yerləşir. Məscid 700 il öncə Ming sülaləsinin imperatorluğu zamanı tikildi və Çing sülaləsinin imperatorluğu zamanında genişləndirildi. “Şian” məscidi İslami hünsxəttinin və İslam incəsənətinin nadir və zərif incilərindəndir və müsəlmanların əzəmətli keçmişinin tərənnümüdür. Bu məscidin divarlarına “nəstəliq” hüsnxətti ilə yazılmış Quran ayələri məscidin tikintisindən çox illər sonra Çing sülaləsinin imperatorluğu dövründə həkk edilmişdir. Quran ayələri yazılmış parlaq lövhələr məscidin gözəlləyini daha da kamilləşdirib və dünyanın hər yerindən möminlər bu məscidin ziyarətinə gəlirlər. Şianşi dövləti bu məscidi 1995-ci ildə ölkənin tarixi və mədəni abidəsi olaraq qeydiyyata alaraq öz himayəsinə götürdü. 1988-ci ildən isə bu qədimi məscid Çin dövlətinin mühüm mədəni və tarixi məkanları siyahısına salınaraq mərkəzi dövlətin himayəsində olub. Bu məscid hazırda Çin müsəlmanları tərəfindən namaz qılmaq və dini mərasimlər üçün istifadə edilir. Oxşar xəbərlər
|