Meksikalı gənc İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi
Meksikalı gənc İmam Rzanın (ə) mütəhhər hərəmində İslam dinini qəbul edərək, müsəlman olub.
Deyerler.org Asdan News-a istinadən xəbər verir ki, Areon Terz Kalino adlı meksikalı gənc, İslam dinini qəbul etməsinin əsl səbəbinin İran və İslamın zəngin mədəniyyəti olduğunu qeyd edib: “6 ay ərzində araşdırma apardım və öz biliyimi artırmaq məqsədilə bəzi müsəlmanlarla əlaqə saxladım. Axırda özümdən əmin olaraq, İslam dinini qəbul etdim”. Açıqlamasında Qərb mediasının son illər İslam dininə qarşı təbliğatlarına da toxunan meksikalı gənc, belə danışıb: “Mən qara piar kampaniyalarından xəbərdar idim və terrorizm ilə İslam arasındakı sərhədi, həmçinin İslam təlimləri ilə digər dinlər arasındakı fərqi bilirdim, buna görə də seçim etməkdə tərəddüd etmədim və dünya miqyasında aparılan piarlara əhəmiyyət verməmişəm”. İslam dinini yeni qəbul etmiş meksikalı gənc açıqlamasının davamında isə belə deyib: “İslam dini ilahi peyğəmbərlər vasitəsilə bəşəriyyətə verilən ilahi bir mesajdır. Bu din sülh və dostluq təlimləri ilə doludur və bütün hökmləri ağıl əsasındadır və media orqanlarındakı şoulardan çox fərqlidir. Mən keçmişdə İslam dinini zorakılıq ilə dolu olan bir din kimi tanıyırdım, ancaq apardığım araşdırmalardan sonra fikrim dəyişdi və İslam dininin ən mükəmməl din olduğunu və onun təlimlərinin sülh və dostluqla müjdələyən olduğunu öyrəndim. Ölkəmə qayıtdıqdan sonra başqalarını da bu dinlə tanış etmək və bu dinin təlimlərini sadə bir dillə başqalarına başa salmaq istəyirəm”. Müsəlman olduqdan sonra, özü üçün Səccad adını seçən meksikalı gənc, bu müqəddəs və mənəvi məkanda İslam dinini qəbul etdiyi üçün xoşbəxt olduğunu deyib. Bu mərasimin yekununda Qüds Rəzəvi ostanının xarici ziyarətçi qurumu tərəfindən yeni müsəlman olan meksikalı gəncə bəzi mənəvi qiymətli hədiyyələr verilib. Oxşar xəbərlər
|