Kvirikaşvili: “Gürcüstan vasitəsilə neft və qazın nəqli potensialı daha böyükdür”
Mьəllif: admin1
Tarix: 7-02-2018, 22:27
Bцlmə: Xəbərlər
Kvirikaşvili: “Gürcüstan vasitəsilə neft və qazın nəqli potensialı daha böyükdür”
“Gürcüstan vasitəsilə Xəzər regionundan neft və qazın Avropaya nəql olunması potensialı daha böyükdür”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib.

O bildirib ki, Brüsseldə keçirilmiş Aİ-Gürcüstan Assosiasiya Şurasının iclasında Gürcüstanın energetika sahəsindəki əhəmiyyətli roluna da toxunulub:

“Hesab edirik ki, bizi bu istiqamət üzrə yeni maraqlı layihələr gözləyir. Yalnız hökumətin deyil, əhalinin də bununla bağlı motivasiya olunması çox vacibdir. Çünki bu layihələr Gürcüstana rifah və vətəndaşlara əhəmiyyətli nəticələr gətirəcək”.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031