Ali dini rəhbər ABŞ-ın regional siyasətini tənqid etdi
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei fevralın 8-i səhər saatlarında İranın Hava Qüvvələrinin komandir və zabitlərini qəbul edib.
Deyerler.org Mehr-ə istinadən xəbər verir ki, ali dini rəhbər İranın Hava Qüvvələrinin komandirləri və şəxsi heyətindən ibarət böyük bir qrupu qəbul etdiyi görüşdə, ölkə daxili və regionla bağlı mühüm açıqlamalar verib. Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei çıxışında bunları qeyd edib: “Düşmənin məqsədi, İslam inqilabının davamlılığı və möhkəmliyinin qarşısını almaqdır. Düşmənlər elit təbəqənin İslam inqilabına qarşı fikir söyləməsi üçün pul ilə dəstək verirlər. Kiber mediada təqibçilərinin sayını artırmaq üçün kloun, saxta nəzəriyyəçilər və muzdlu şərhçilərdən istifadə edərək, əlindən gələn hər şeyi edirlər. Sizlərə bildirmək istəyirəm ki, bu ilki “11 fevral” İslam İnqilabının 39-cu ildönümü” mərasimi möhtəşəm bir şəkildə baş tutacaq. Çünki İran xalqı, bəzi ABŞ rəsmilərinin irəli sürdüyü boş sözlərdən sonra düşmənlərin yeni bir təcavüzkarlıq və düşmənçilik etmək üçün gizləndiyini hiss edir. İnşaallah, bu il hamı böyük ruh yüksəkliyi ilə 11 fevral mərasiminə qoşulacaq. Ölkədə ədalət, ictimai bərabərlik və sosial təbəqələri ortadan qaldırmaq məsələsində bəzi problemlər və diqqətsizliklər mövcuddur. Ancaq biz İslam nizamının bu prinsiplərini nəzərdən qaçırmamışıq və ciddi şəkildə təqib edirik. Oxşar xəbərlər
|