Səudiyyə rejiminin döyüş təyyarələri 7 nəfərlik yəmənli ailəni həlak etdi
Səudiyyə rejiminin döyüş təyyarələri fevralın 8-i Yəmənin Əl-Cuf əyalətinə təşkil etdiyi hücumda 7 nəfərlik bir ailəni həlak edib.
Deyerler.org Əl-Məsirə-yə istinadən xəbər verir ki, Səudiyyə rejiminin döyüş təyyarələri bundan əvvəl də dəfələrlə oxşar hücumlarla Yəmən xalqını qətliam etmişdi. Bu arada, Omanın paytaxtı Maskatda yerləşən Yəmənin Ənsarullah hərəkatının müzakirə heyəti BMT-nin Yəmən üzrə yeni xüsusi nümayəndəsinin vəzifəsinə başlamasına qədər bütün siyasi müzakirələri təxirə saldığını bildirib. Ənsarullah hərəkatı BMT-nin Yəmən üzrə hazırki nümayəndəsi İsmayıl Vələd Şeyx Əhməd və onun müavini Muin Şərif ilə müzakirəni qəbul etmir. BMT-nin Yəmən üzrə nümayəndəsi Martin Griffitsin mart ayında vəzifəsinə başlayacağı bildirilir. Oxşar xəbərlər
|