Mişel Aun: “İsrail rejiminin boşboğazlığı mühüm deyil”
Livanın prezidenti Mişel Aun Misirə aid “On Live” televiziya kanalına müsahibəsində İsrail rejiminin təhdidlərinə təhdidlə cavab verib.
Deyerler.org YDH-yə istinadən xəbər verir ki, prezident Mişel Aun İsrail rejiminin Livana qarşı təhrikçi açıqlamalarına belə reaksiya verib: “İsrail rejimi bizim torpaqlarımızda divar inşa etməməlidir. Bu mövzudakı ixtilaf həll olunmalıdır. İsrail rejimi özünü irqçi bir quruma çevirdi. Bugünkü həll yolları ərəb xalqları ilə sülhə aparan deyil”. Livandakı daxili bütövlüyü möhkəmləndirməklə Suriya müharibəsinin dağıdıcı təsirlərinin Livana sirayət etməsinə mane olduqlarını bildirən Aun, Amerikanın Qüdsü İsrail rejiminin paytaxtı olaraq tanıması qərarı ilə bağlı belə danışıb: “Görərsiniz sürpriz bir proses olar və bu baş verməz”. Mişel Aun İsrail rejimi ilə Livan arasında kəskin mübahisələrə səbəb olan Aralıq dənizindəki 9-cu blok kimi adlandırılan neft sahəsilə əlaqədar olaraq isə bunları söyləyib: “İsrail rejiminin fitnəkar boşboğazlığınn Livan üçün bir əhəmiyyəti yoxdur. Amma əgər bunu tətbiq etmək mərhələsinə keçirsələr, yeni bir müharibə başlayar”. İsrail rejiminin müdafiə naziri Aviqdor Liberman Blok-9 neft sahəsinin onlara aid olduğunu və buraya heç kəsin toxunmasına imkan verməyəcəklərini söyləmişdi. Hizbullah da Libermanın bu hədələyici açıqlamasına baş katib Seyid Həsən Nəsrullahın 2011-ci ildə etdiyi çıxışı ilə cavab verib: “Kim, gələcəkdə Livanın dənizlərdəki neft və qaz obyektlərinə toxunmağa cəhd etsə, biz də onların obyektlərinə toxunarıq. Onların özü də Livanın bunu etməyə qadir olduğunu çox yaxşı bilir”. Qarşılıqlı təhdidlər üzərində BMT-nin Livandakı müvəqqəti qüvvələri (UNIFIL) gərginliyi aşağı salmağa çalışdı, ABŞ dövlət katibi Tillersonun müşaviri Devid Satterfild də Livana gəldi. Əl-Məyadin televiziyasının xəbərinə görə, Devid Satterfild Livana Blok-9 neft sahəsinin bölüşdürülməsini, buradan çıxacaq neftin 2/3-nin Livana, 1/3-nin də İsrail rejiminə verilməsini təklif etdi. Livan isə bu təklifi rədd etdi. Oxşar xəbərlər
|