Ərdoğandan ABŞ-a: İŞİD teatrına son qoyun və maskaları çıxarın!
İslamazeri.com-un RİA-a istinadən verdiyi xəbərə əsasən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ABŞ "İŞİD əleyhinə mübarizə teatrına" son qoymalıdır.
"Bizim Suriya ilə 911 km-lıq sərhədimiz var. Onların (ABŞ-ın) Suriya ilə sərhədi ilə nə əlaqəsi var? Onlar artıq 550 milyon dollar xərcləyiblər, lakin indi də bu rəqəmi 3 milyardadək artırmaq istəyirlər. Siz deyirsiniz ki, İŞİD-ə qarşı mübarizə aparırsınız. Bəs nə qədər İŞİD üzvü məhv etmisiniz? İŞİD-ə qarşı vuruşanlar, hazırda Türkiyəyə qarşı mübarizə aparırlar. Heş kəsin İŞİD-dən bəhanə kimi istifadə etməyə haqqı yoxdur. Bu İŞİD teatrına nöqtə qoymağın vaxtı gəlib çatıb, arıtq maskaları çıxarmağın zamanıdır", - deyə Ərdoğan bildirib. "Bizə deyirlər: "Bizə zərbə endirsələr, cavabımız sərt olacaq". Bunu deyənlər, ömürlərində bir dəfə də olsun Osmanlı zərbəsinin dadını bilmirlər.", - deyə o əlavə edib. Oxşar xəbərlər
|