Gürcüstanın xarici ticarət dövriyyəsi 20% artıb
2018-ci ilin yanvar ayında Gürcüstanın xarici ticarət dövriyyəsi 815,8 mln. dollar təşkil edib.
APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadla xəbər verir ki, bu göstərici ötən ilin eyni göstəricisi ilə müqayisədə 20,1% çoxdur. Ötən ay qonşu ölkənin ixracı 25,7% artaraq 222,2 mln. dollar, idxalı isə 18,1% artaraq 593,6 mln. dollar təşkil edib. Ticarət dövriyyəsinin kəsiri 371,3 mln. dollar olmaqla ümumi dövriyyədə payı 45,5% təşkil edib. Oxşar xəbərlər
|