İsveçli arxiyepiskop: “Şəhərdə müsəlmanların azanını səbirsizliklə gözləyirəm”
İsveçin cənubunda yerləşən Vekşö şəhərindəki ərəb məscidinin rəsmiləri yerli polis idarəsinə məsciddən azan verilməsi üçün müraciət ediblər.
Deyerler.org Hurseda-ya istinadən xəbər verir ki, Vekşö şəhərinin isveçli arxiyepiskopu Fredrik Modeus isə, məscidin etdiyi müraciətə dəstək verib: “Şəhərimizdə kilsə zəngi ilə yanaşı, azan səsini eşitməyi ümid edirəm. Müsəlmanların azanını səbirsizliklə gözləyirəm”. Vekşö şəhər polis idarəsinin sözçüsü Pia Rinqius, sadəcə həftədə bir gün cümə namazından əvvəl səsucaldanla azanın oxunması üçün müraciət olunduğunu qeyd edib: “Əvvəlcə bölgənin vəziyyəti və təhlükəsizliyi araşdırılır. Bundan əvvəl belə bir icazəni vermədiyimiz üçün indi müraciət araşdırılır. Stokholmda bir məscid üçün belə bir icazə verilib. Bu da nəzərdə saxlanılır”. İsveçdə səsucaldandan azan ilk dəfə 5 il əvvəl Stokholmun Botkirka rayonundakı Fittya məhəlləsində yerləşən Fittya məscidində oxunub. Məsciddə 2013-cü ildən etibarən təkcə cümə günləri namazdan əvvəl səsucaldanla azan oxunur. Digər tərəfdən, 3 ay əvvəl də İsveçin Blekinq bölgəsindəki Karlskrona şəhərində boşnaklara aid İslam Mədəniyyət Dərnəyinin minarəli məscidində gündəlik azan oxunmasına icazə verilib. Oxşar xəbərlər
|